Layihələrə müəllif nəzarəti və konsultasiya

Layihələrə müəllif nəzarəti xidməti layihə müəlliflərinin iş prosesinin layihəyə uyğun aparılmasını nəzarətdə saxlamağına yardım edir. Xidmətin göstərilməsi üçün əməkdaşlarımız planlı olaraq tikinti sahəsinə səfərlər edir, materialların seçilməsində lazımi konsultasiya verərək yardımçı olur.

Müəllif nəzarətinin aparılması üçün ECO SPHERE MMC şirkəti aşağıdakı idarəedici funksiyaları həyata keçirir:
  • Layihənin sənədlərlə uyğunluğun təmin olunması;
  • Avadanlıqların tikinti texnologiyasına əməl olunmasına nəzarət;
  • Sifarişçinin razılığı ilə sonradan düzəlişlərin sənədləşdirilməsinin icra olunması;
  • Layihədə icazə verilən materialların və avadanlıqların səmərəli istifadəsi;
  • İşin son təhvil vaxtına nəzarət olunması

Müəllif nəzarətinin aparılması son nəticənin sizin gözləntilərinizə uyğun alınması üçün böyük əhəmiyyət kəsb edir. Xüsusi lisenziya və sertifikatlara malik şirkətimiz bu mövzuda sizinlə əməkdaşlıq etməyə daim hazırdır.

Layihənizin dəyərləndirilməsi üçün bizə sorğu göndərin