Elektrik işləri

Elektrik işlərinin görülməsi xüsusi təcrübə, ixtisaslaşmış mütəxəssis heyəti və bilik tələb edən işdir. Əfsuslar olsun ki, bəzən bu tip işlər ixtisaslaşmamış və ciddi təcrübəsi olmayan şəxslər tərəfindən həyata keçirilir. Bəzi hallarda bu haqda sifarişçinin xəbəri belə olmur. Bu isə öz növbəsində gələcəkdə baş verə biləcək böyük bir fəlakətin başlanğıcı ola bilər.

İnsan həyatının təhlükəsizliyinə birbaşa aidiyyatı olan bu sahə ehtiyatsızlıqları sevmir. İlk başda fəsadlar özünü büruzə verməsə də, hər keçən gün təhlükəyə daha da yaxınlaşmaq deməkdir. Bu səbəbdən elektrik işləri mütləq ixtisaslaşmış şirkət və onun peşəkar heyəti tərəfindən aparılmalıdır. 

"ECO SPHERE" MMC şirkəti bütün müvafiq lisenziya və sertifikatları, aidiyyatı iş üzrə geniş layihə təcrübəsi ilə aşağıdakı elektrik xidmətlərini göstərir:
  • Kartlı keçid sistemlərinin quraşdırılması
  • Yanğın sistemlərinin quraşdırılması
  • Telekommunikasiya və videomüşahidə sistemləri
  • Fövqəladə hallarda səsləndirmə sistemlərinin quraşdırılması
  • Server otağının monitorinqi
  • Oğurluğa qarşı mühafizə sistemilərinin quraşdırılması
  • Güc avadanlıqlarının elektrik sistemlərinin quraşdırılması
  • İşıqlanma sistemlərinin quraşdırılması və s.

Bütün işlər əvvəlcədən tərtib olunmuş layihə planına və beynəlxalq standartlara uyğun olaraq həyata keçirilir. Elektrik xidmətləri üçün müraciət edərək, peşəkar mühəndis qrupunun geniş təcrübəsindən və zəmanətli xidmətimizdən yararlanın.

Layihənizin dəyərləndirilməsi üçün bizə sorğu göndərin