İsitmə, ventilyasiya və kondisionerləşmə

İnsanlar demək olar ki vaxtlarının 75%-i müxtəlif kateqoriyalı və təyinatlı otaqlarda keçirirlər. Çətin ki, kimsə normal həyat fəaliyyəti üçün bizə gündə 20 000 litrə qədər havanın lazım olduğunu bilsin. Havalandırma sistemləri (isitmə, soyutma və kondisionerləşmə) bu səbəbdən həyati əhəmiyyət kəsb edir. 

İsitmə, soyutma və kondisionerləşmə sistemləri müasir tikililərdə, evlərdə, iş mərkəzlərində, restoran və s. müəssisələrdə düzgün hava axınının tənzimlənməsi üçün istifadə olunur. 

Havalandırma sistemlərinin başlıca xüsusiyətləri bunlardır:
  • İnsanların normal, rahat həyat və iş fəaliyyəti üçün lazım olan oksigen həcminin təmin edilməsi;
  • Emal edilmiş havada olan zərərli və zəhərli qarışıqların və maddələrin uzaqlaşdırı2lması;
  • Konstruktiv materiallarda yaranan və tikiliyə ziyan vuran nəmliyin aradan qaldırılması;
  • Tələb olunan təmizliyə nail olmaq üçün havanın müxtəlif çirklənmələrdən və qarışıqlardan filtrlənməsi;
  • Tələb olunan temperatur rejimlərinin, hava rütubətinin yaradılması və saxlanılması;
  • Gələn təmiz havanın və otaqdan çəkilən havanın arasında istilik rekuperasiyasının hesabına enerjinin qorunması;
  • Havanın dəyişilməsi məqsədilə qapıların və pəncərələrin açılmasına ehtiyac olmadığı üçün otaqda səs izolyasiyasının təmin edilməsi;

Bu cür vacib sistemin qurulması üçün binanın strukturu və şərtləri nəzərə alınaraq icra olunmalıdır. Məhz bu səbəbdən, "ECO SPHERE" şirkəti olaraq havalandırma sistemlərinin quraşdırılmasına başlamadan öncə mütəxəssis heyətimiz əvvəlcə işin planlamasını tərtib edir.

Tələblərinizə və tikilinin şərtlərinə uyğun gələn ən mükəmməl təklif haqda sizi məlumatlandırır və səbəblərini ətraflı izah edirik. Çünki, Azərbaycanın müxtəlif regionlarında həyata keçirdiyimiz çoxsaylı layihələrdə təcrübəmiz və daim biliklərini təkmilləşdirən mühəndis heyətimizin olması buna imkan verir.

İstər kiçik bir tikilinin havalandırma sistemi olsun, istərsə də iri ticarət obyektləri, istənilən halda sizə yardımçı olmağa hazırıq. İsitmə, soyutma və kondisionerləşmə mövzusunda sizi maraqlandıran bütün sualları cavablandıra bilərik.

Layihənizin dəyərləndirilməsi üçün bizə sorğu göndərin