Layihələrin idarə olunması

Ölçüsü və əhatə dairəsi nə olursa olsun, layihə idarə olunması heç də asan iş deyil. Dəqiqələrin planlaşdırılmasından, müştərilərin dəyişən tələblərinin vaxtında çatdırılmasına qədər, yanlış gedə biləcək çox nüans var. Uğurlu nəticə üçün fəaliyyətin dəqiq planlaşdırılması çox vacibdir. 

Planda nəzərə alınmayan detallar uğursuzluğa səbəb ola bilər. İcra planında göstərilən təxminlər və ehtimallar reallığa yaxın olmalı, planın minimum səviyyədə korrektə olunaraq icrasına şərait yaratmalıdır.

"ECO SPHERE" MMC öz sahəsi üzrə təhsil almış və iri layihələrdə təcrübə qazanmış, layihələri yüksək səviyyədə idarə edə bilən peşəkar komandaya malik şirkətdir.

Şirkətimiz yeni və ya icrası davam edən layihələrdə tender proseslərindən layihənin təhvil verilməsinə qədər, rəhbərlik və sifarişçi müqaviləsi icrasının idarə edilməsi xidmətlərini təklif edir.

Məqsədimiz müştərilərimizin layihə boyunca müvafiq xərclərin azaldılması ilə yanaşı, keyfiyyətin qorunması, səmərəliliyin artırılması və risklərin minimuma endirilərək lahiyənin idarə olunmasını təmin etməkdir.

Layihənizin dəyərləndirilməsi üçün bizə sorğu göndərin