Montaj-quraşdırma işləri

Düzgün montaj-quraşdırma işlərinin aparılması minimal iqtisadi xərclərin və effektiv optimallaşdırmanın açarıdır.

Şirkətimiz su, kanalizasiya, havalandırma, soyutma, istilik sistemləri, qazanxana layihələri ilə yanaşı montaj-quraşdırma işlərini müasir texnologiyalardan istifadə edərək yüksək keyfiyyətlə, bütün norma və tələblərə riayət edərək yerinə yetirir.

ECO SPHERE şirkəti tərəfindən görülən quraşdırma xidmətinin icrası zamanı SƏTƏM qaydaları və bütün beynəlxalq normativlərə əməl olunur. Ətraf mühitə zərər verməyəcək şəkildə işlərin aparılması həm də sizin layihənin uğurunun bir parçası hesab olunur. Kommersiya şirkəti olmasına baxmayaraq ECO SPHERE MMC daim insan sağlamlığına və ətraf mühitə həssas dəyərlərə malikdir. 

Montaj xidmətinin göstərilməsi də digər xidmətlərimizdə olduğu kimi, xüsusi lisenziya və sertifikatlar əsasında icra olunur. Şirkətimiz ölkənin müxtəlif regionlarında reallaşdırdığı quraşdırma işləri ilə istənilən çətinlikdə layihənin icrasını həyata keçirmə gücünə malikdir.

Layihənizin dəyərləndirilməsi üçün bizə sorğu göndərin