Haqqımızda

ECOSPHERE” MMC şirkəti 2012-ci ildə “STUDIO 211” olaraq yaradılmışdır. Şirkətimizin fəaliyyət sahəsi, proyektlərin layihələndirilməsi, layihələr üçün qiymət təkliflərinin hazırlanması və müəyyən olunmuş işlərin görülməsini əhatə edir. Yüksək ixtisaslı və peşəkar mühəndis heyətindən ibarət komandamız ilə işinizin və əmlakınızın inkişafında sizinlə əməkdaşlıq edəcəyik. Etibarlı ortağınız olaraq, inşaatın başlanğıc mərhələsindən layihənin dövriyyəsinə qədər sizi peşəkar və keyfiyyətli işçilik ilə təmin edirik.
 
Şirkətimiz aşağıdakı sahələr üzrə ixtisaslaşmışdır:

VENTİLYASİYA SİSTEMLƏRININ QURAŞDIRILMASI:
 
  • Havalandırma sistemlərinin layihələndirilməsi və layihəyə uyğun quraşdırılması (yaşayış, istehsal və tibbi yerlər üçün);
  • Soyutma və isitmə sistemlərinin layihələndirilməsi (yaşayış, istehsal və tibbi yerlər üçün);
  • Çillerlərin və VRV sistemlərinin quraşdırılması;
  • Split tipli kondisionerlərin quraşdırılması (inventor və ya sadə tipli). Təmir və servis xidmətlərinin təklifi.
 
YANĞINDAN MÜHAFİZƏ SİSTEMLƏRİNİN QURAŞDIRILMASI:
 
  • Sprinkler sistemlərinin layihələndirilməsi və tələb olunan avadanlıqların quraşdırılması (klapanlar, yanğın şkafları, mexaniki otaqlar, FM sistemləri və s.). 
 
Qeyd: Bütün işlər NFPA-13, 14, 25 və ГОСТ standartlarının tələblərinə uyğun olaraq yerinə yetirilir.
 
SOYUQ VƏ İSTİ SU SİSTEMLƏRİNİN QURAŞDIRILMASI:
 
  • İsti və soyuq su təchizatının layihələndirilməsi;
  • Layihə üzrə tələb olunan avadanlıqların quraşdırılması və test işlərinin görülməsi.
 
Qeyd: Bütün işlər yerli və beynəlxalq standartların tələblərinə uyğun olaraq həyata keçirilir.
 
QAZANXANALARIN LAYİHƏLƏNDİRİLMƏSİ VƏ QURAŞDIRILMASI:
 
  • Avadanlıqların norma və qaydalara əsasən hesablanması və quraşdırılması (qazan və odluq, genişlənmə çənlərinin, nasosların, su yumşaldıcılarının və s). 
 
Qeyd: Bütün işlər ГОСТ və Beynəlxalq Standartların tələblərinə uyğun olaraq həyata keçirilir.

KANALİZASİYA VƏ DRENAJ SİSTEMLƏRİ:
  • Yağış və yeraltı su sistemlərinin layihələndirilməsi; 
  • Quyular üçün uyğun su nasoslarının seçilməsi (müxtəlif su şəraitini nəzərə alaraq);
  • Quraşdırılan sistemlərin test edilməsi. 
 
Qeyd: Bütün işlər yerli və Beynəlxalq Standartların tələblərinə uyğun olaraq həyata keçirilir.

Layihənizin dəyərləndirilməsi üçün bizə sorğu göndərin