BMS – Building Management System (Bina İdarəetmə Sistemi)
Müasir obyektlərdə bütün mühəndis sistemlərinin mərkəzləşdirilmiş və avtomatlaşdırılmış şəkildə idarə olunması üçün BMS həlləri təqdim edirik. Sistem vahid platforma üzərindən nəzarət, monitorinq və operativ müdaxilə imkanı yaradır.
- Mərkəzləşdirilmiş idarəetmə – HVAC, elektrik, su təchizatı, yanğın təhlükəsizliyi və digər mühəndis sistemlərinin inteqrasiyası
- Real vaxt rejimində monitorinq – Avadanlıqların iş rejiminin izlənməsi və operativ diaqnostika
- Avtomatlaşdırma və ssenarilər – Enerji səmərəliliyinin artırılması və istismar proseslərinin optimallaşdırılması
- Enerji menecmenti – Enerji sərfiyyatının analizi və xərclərin azaldılmasına yönəlmiş həllər
- Sistem inteqrasiyası və proqramlaşdırma – Mövcud infrastrukturla uyğunlaşdırma və fərdi konfiqurasiya
