Dumanın İdarəetmə Sistemləri
Araşdırmalar göstərmişdir ki, yanğın nəticəsində baş verən ölümlərin əksəriyyəti yanıqdan deyil, əsasən tüstünün (dumanın) tənəffüs edilməsi nəticəsində baş verir. Duman olduqca təhlükəli ola bilər və onun təsiri yalnız zəhərli olması ilə məhdudlaşmır. Duman işığı maneə törədir və insanların görmə qabiliyyətini azaldır. Bu isə hərəkət sürətini aşağı salır və insanların təhlükəsiz yerə çatması daha uzun vaxt aparır. Duman həmçinin çox isti ola bilər və ağciyərlərin daxili səthini yandıra bilər. Xoşbəxtlikdən, yanğın zamanı dumanın idarəetmə sistemləri insanların binanı təxliyə edərkən dumandan qorunmasına kömək edə bilər.